Skip to Content

Mastercard Aura Proqramı

İmtiyazların qısa xülasəsi

Mastercard Premium kart sahibləri üçün ödənişsiz aeroport transferi

Mastercard World Elite və World Black Edition kart sahibləri üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına (GYD) pulsuz transfer xidməti təklif olunur.

  • Mastercard World Elite kart sahibləri üçün ildə 6 dəfə.
  • Mastercard World Black Edition kart sahibləri üçün ildə 4 dəfə.
    Xidmət yalnız Bakı və Abşeron yarımadasında keçərlidir. Transfer zamanı avtomobilin tipi sərnişin sayı və baqaj həcminə görə seçilir.

Vacib şərtlər:

  • Xidmət ən azı 12 saat əvvəl sifariş edilməlidir.
  • Sərnişin sayı maksimum 4 nəfər ola bilər.
  • Ləğvetmə ən gec 6 saat əvvəl edilməlidir, əks halda xidmət istifadə olunmuş hesab edilir.

Hava Limanına Transfer xidməti yalnız Bakı şəhərinin ərazisi üzrə (Bakı şəhərininə aid olan kəndlər) həyata keçirilə bilər.

Mastercard Premium kart sahibləri üçün hava limanında sürətli keçid və VIP xidmət

Heydər Əliyev Beynəlxalq Hava Limanında Mastercard Premium kart sahibləri üçün sürətli keçid və eksklüziv üstünlüklər təqdim olunur:

  • Avtomobiliniz üçün Terminal 1-in ön xəttinə giriş.
  • “X-ray” keçidində xüsusi personalın qarşılaması və “Salam Lounge”a müşayiət.
  • Baqajın qeydiyyatı və uçuş üçün yoxlamalar sizin adınıza tamamlanır.
  • Gömrük və sərhəd nəzarətindən sürətli keçid.
  • Təyyarəyə minik qapısına müşayiət.

Vacib məlumat:

  • Xidmət yalnız Terminal 1-dən çıxışlar üçün keçərlidir.
  • Xidmət sahibinə və bir nəfər müşayiət edən şəxsə şamil edilir (1+1).
  • Ən azı 24 saat əvvəl sifariş edilməlidir.
  • Ləğv etmə ən gec 12 saat əvvəl edilməlidir.

Mastercard Premium kart sahibləri üçün duty free mağazalarında 20%-dək keşbek imkanı

Mastercard gümüş loqolu kart sahibləri dünyanın bütün duty free mağazalarında yüksək keşbek qazanır:

  • Mastercard World Elite – ildə 20 % keşbek.
  • Mastercard World Black Edition – ildə 5 % keşbek.

Elektron pul kisəsi ilə edilən ödənişlər də kampaniyaya daxildir.

Ölkəxaricində bütün Duty Free mağazalarında elektron pul kisəsi (Apple Pay, Google Pay və s.) vasitəsilə edilən ödənişlərdə yüksək keşbek imkanı

Mastercard Premium kart sahibləri üçün restoranlarda 20 %-dək keşbek imkanı

  • Mastercard World Elite – ildə 20 % keşbek.
  • Mastercard World Black Edition – ildə 5 % keşbek.

Hər ay maksimum 50 AZN keşbek əldə etmək mümkündür.

Ölkədaxilində bütün restoranlarda elektron pul kisəsi (Apple Pay, Google Pay və s.) vasitəsilə edilən ödənişlərdə cashback əldə edilməkdədir. Hər ay maksimum 50 AZN cashback əldə edilə bilər. Kampaniya MCC (Merchant Category Code) 5812, 5813, 5814 üçün keçərlidir.

Mastercard kart sahibləri iTicket tədbirlərində bir sıra eksklüziv imkanlardan faydalanır:

iticket.az saytında seçilmiş eksklüziv tədbirlərə biletləri öncədən almaq imkanı, böyük tədbirlərdə avtomatik bilet yüksəltmə, rezervasiyaya edilmiş VIP yerlər və gözləmə olmadan sürətli giriş kimi bir çox üstünlükdən Mastercard® World Elite və World Black Edition kart sahibləri faydalana bilərlər.

Push30 tərəfindən idman salonlarında endirimli üzvlük

Mastercard World Elite və Mastercard World Black Edition kart sahibləri illik abunəliklərdə 50 %-ə qədər endirimdən faydalana bilərlər.