Bu Qlobal Məxfilik Bildirişi topladığımız Fərdi Məlumatların növünü, həmin Fərdi Məlumatların toplanılması məqsədlərini, onları paylaşa biləcəyimiz digər tərəfləri və məlumatların təhlükəsizliyini təmin etmək üçün gördüyümüz tədbirləri təsvir edir. Bundan başqa, bu bildiriş sizə Fərdi Məlumatlarınızla bağlı hüquqlarınız və seçimləriniz barədə, habelə məxfiliyi təminetmə prosedurlarımızla əlaqədar bizimlə necə əlaqə saxlaya biləcəyinizlə bağlı məlumat verir.
Nəzərə alın ki, biz, ödəniş əməliyyatlarının emalı üçün daxil olmaqla məlumat nəzarətçiləri qismində çıxış edən maliyyə təşkilatları, ticarətçilər və digər tərəfdaşlar adından və onların təlimatlarına əsasən də hərəkət edirik. Bu kontekstdə Fərdi Məlumatlarınızın emal edilməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün onların müvafiq məxfilik siyasətlərini nəzərdən keçirin.
Məxfiliyin qorunması ilə bağlı prosedurlarımız yerli təcrübələr və qanuni tələbləri əks etdirmək üçün fəaliyyət göstərdiyimiz müxtəlif ölkələrdə fərqli ola bilər. Bəzi məhsul və xidmətlərimizə xüsusi məxfilik bildirişləri tətbiq edilə bilər. Konkret məhsul və ya xidmətlə əlaqədar məxfilik prosedurlarımızla və məlumat təcrübəmizlə bağlı daha ətraflı məlumat almaq üçün həmin məhsul və ya xidmətin veb-saytına və ya rəqəmsal resursuna baş çəkin.
“Fərdi Məlumatlar” dedikdə, şəxsiyyəti məlum olan və ya müəyyən edilə bilən şəxslə bağlı hər hansı məlumat nəzərdə tutulur. Biz aşağıda sadalanan kateqoriyalardan olan Fərdi Məlumatları toplaya bilərik:
Bu Qlobal Məxfilik Bildirişinin məqsədləri üçün, başqa cür göstərilmədiyi halda, “Fərdi Məlumatlar” dedikdə, şəxsiyyəti məlum olan və ya müəyyən edilə bilən şəxslə bağlı hər hansı məlumat nəzərdə tutulur. Aşağıda təsvir edilən hallarda sizə aid müxtəlif növ Fərdi Məlumatları (mövcud qanunlara uyğun olaraq, Həssas Fərdi Məlumatlar daxil olmaqla) əldə edə bilərik.
Mastercard-ın məhsul və ya xidmətləri ilə əlaqədar maliyyə təşkilatlarından, ticarətçilərdən və digər biznes tərəfdaşlarından aldığımız Fərdi Məlumatlar
Ödəmə əməliyyatlarının emalçısı və müvafiq xidmətlərin təchizatçısı kimi, biz ödəmə əməliyyatlarınızla bağlı fərdi hesab nömrəsi, ticarətçinin adı və yeri, əməliyyatın həyata keçirilmə tarixi və ümumi məbləği kimi məhdud miqdarda məlumatlar əldə edirik. Onu da qeyd etmək vacibdir ki, ödəmə əməliyyatları ilə bağlı məlumatların emal edilməsi üçün kart sahibinin adına və ya başqa əlaqə məlumatlarına adətən ehtiyacımız olmur, yaxud biz belə məlumatları toplamırıq.
Bundan əlavə, müəyyən məhsul və xidmətlər üçün sizin maliyyə təşkilatlarınız, əməliyyat həyata keçirdiyiniz ticarətçilər və ya digər biznes tərəfdaşları bizə sizin barənizdə daha çox məlumat verə bilər və ya həmin məhsul və xidmətləri sizə onların adından təqdim edərək, onların fəaliyyətinə dəstək olaraq və ya onların adından emal fəaliyyətlərini həyata keçirərək, biz bu məlumatları birbaşa sizin özünüzdən toplaya bilərik.
Yuxarıda qeyd olunan hallarda, biz məlumat nəzarətçiləri qismində çıxış edən maliyyə təşkilatları, ticarətçilər və digər tərəfdaşlar adından və ya onların təlimatlarına əsasən hərəkət edə bilərik. Qanunla başqa cür səlahiyyət verilməyibsə, biz sizin Fərdi Məlumatlarınızı ödəmə əməliyyatları ilə bağlı məlumatları emal etmək və ya Mastercard və maliyyə təşkilatları, habelə ticarətçilər və digər tərəfdaşlar arasında razılaşdırılmış məqsədlər üçün emal edəcəyik. Fərdi Məlumatlarınızın emal edilməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün onların müvafiq məxfilik siyasətlərini nəzərdən keçirin.
Mastercard-ın məhsul və xidmətlərini birbaşa sizə təqdim edərkən topladığımız Fərdi Məlumatlar
Mastercard sizə marketinq proqramları, mükafatlandırıcı proqramlar, e-pulqabılar, Açıq Bank Həlləri, əvvəlcədən ödənişli xidmətlər, yerləşmə siqnalı proqramları və biometrik identifikasiya vasitələri kimi məhsul və xidmətləri birbaşa təqdim edə bilər. Bu məhsul və xidmətlərin bir və ya bir neçəsindən faydalanmaq üçün bizə məlumatları aşağıdakılar daxil olmaqla müxtəlif vasitələrlə birbaşa göndərə bilərsiniz: (i) veb-saytlarımız və rəqəmsal resurslarımız, (ii) marketinq və digər mesajlara cavab kimi, (iii) Mastercard-ın məhsul və ya xidməti üçün qeydiyyatdan keçməklə və ya (iv) təklif, proqram və ya həvəsləndirici kampaniyalarda iştirak etməklə. Sizə aid Fərdi Məlumatları biz, həmçinin siz bizim məhsul və ya xidmətlərimizdən istifadə etdiyiniz hallarda, bizim məhsul və ya xidmətlərimizdən istifadə edən və ya istifadəsini təmin edən şirkətlər vasitəsilə, ictimaiyyətə açıq mənbələrdən və ya üçüncü tərəf tərəfdaşlardan əldə edə bilərik. Sizin Fərdi Məlumatlarınız bizə maliyyə təşkilatınız, ticarətçiniz və ya digər biznes tərəfdaşlarınız tərəfindən də verilə bilər.
Aşağıda sizə birbaşa təklif etdiyimiz proqramlarla əlaqədar toplaya biləcəyimiz Fərdi Məlumatların növləri haqqında ümumi məlumat verilir. Hər bir proqram fərqlidir, odur ki, müvafiq hallarda, konkret proqram üçün Fərdi Məlumatların istifadəsi haqqında daha ətraflı məlumat almaq məqsədilə müvafiq proqramın xüsusi məxfilik bildirişinə baxın.
Fərdi Məlumatlarınızın işlənməsinə razılıq verərkən, tətbiq olunan qanunvericiliyə uyğun olaraq sizin üçün tam və dəqiq Fərdi Məlumatlar vermək öhdəliyi kimi öhdəliklər nəzərdə tutula bilər.
Bundan əlavə, biz saxtakarlığın qarşısının alınması və monitorinqi, risklərin idarəedilməsi, mübahisələrin həll edilməsi və digər əlaqədar məqsədlər üçün Fərdi Məlumatları toplaya və onlardan istifadə edə bilərik. Bu cür məlumatlara identifikatorlar, kommersiya məlumatları və İnternet və ya digər elektron şəbəkə fəaliyyəti məlumatları, məsələn, fərdi hesab nömrəsi, ticarətçinin adı və yeri, əməliyyatların tarixi və ümumi məbləği, İP ünvanı, saxtakarlıq dərəcəsi, yer məlumatları, ticarətçi məlumatları, satın alınmış mallar və mübahisələr haqqında məlumatlar aid ola bilər. Biz kriptovalyuta və blokçeyn intellektual həllərini təmin etdiyimiz halda, həmçinin blokçeyn ünvanları və digər kriptovalyuta əməliyyatı məlumatları daxil olmaqla, blokçeyndən əldə edilmiş məlumatları toplaya və emal edə bilərik. Ətraflı məlumat üçün buraya klikləyin.
Açıq Bankçılıq həllərimiz kontekstində Fərdi Məlumatların toplanması haqqında ətraflı məlumat üçün buraya klikləyin.
Mastercard-ın reklamları, veb-saytları, mobil tətbiqləri və ya digər rəqəmsal resursları ilə qarşılıqlı əlaqənizdən əldə etdiyimiz Fərdi Məlumatlar
Biz, bizim xidmət provayderlərimiz və tərəfdaşlarımız reklamlarımızla, mobil tətbiqlərimizlə əlaqədə olduğunuz və ya veb-saytlarımıza, səhifələrimizə və ya digər rəqəmsal resurslarımıza daxil olduğunuz zaman İnternet və ya digər elektron şəbəkə fəaliyyəti haqqında məlumatlar, kukilər və veb mayakları kimi avtomatlaşdırılmış vasitələrlə sizin haqqınızda müəyyən məlumatlar toplaya bilərik. Bu qaydada topladığımız İnternet və/və ya Cihaz Məlumatları aşağıdakılardan ibarət ola bilər: İP ünvanı, brauzerin növü, əməliyyat sistemi, mobil cihaz identifikatoru, coğrafi ərazi, yönləndirən URL-lar və rəqəmsal resurslarımızda aparılan əməliyyatlar və ya onlarla əlaqə haqqında məlumatlar. «Kuki» veb-server tərəfindən kompüterin sərt diskinə yerləşdirilən mətn faylıdır. İnternet etiketi, piksel etiketi və ya şəffaf GİF olaraq da tanınan «veb mayakı» hansı məzmuna daxil olduğunuzu və yaxud baş çəkdiyinizi aşkarlamağa kömək edən texnologiyadır.
Biz onlayn məhsul və xidmətlərimizin neçə istifadəçi üçün əlçatanolduğunu və ya onlardan istifadə etdiyini, onlayn məhsullarımızın hansı məzmun, məhsul və ya xüsusiyyətlərinin sayta daxil olan istifadəçilərimizi daha çox maraqlandırdığını, müştərilərimizin hansı növdən olan təkliflər görmək istədiklərini və onlayn məhsul və xidmətlərimizin texniki baxımdan özünü necə doğrultduğunu qiymətləndirərək, onlayn məhsul və xidmətlərimizin keyfiyyətini daha da artırmaq üçün bu məlumatlardan istifadə edirik. Məsələn, veb-saytlarımızda və mobil tətbiqlərimizdə Adobe Omniture kimi üçüncü tərəf veb təhlili xidmətlərindən istifadə edə bilərik. Bu xidmətləri göstərən veb təhlili provayderləri, istifadəçilərin veb-saytlarımızdan və mobil tətbiqlərimizdən istifadə tərzini təhlil etməyimizə kömək etmək üçün kukilər və veb mayakları kimi texnologiyalardan istifadə edirlər.
Biz, bizim xidmət provayderlərimiz və tərəfdaşlarımız bundan əlavə, təkliflər, lotereyalar, yarışmalar və həvəsləndirici kampaniyalar daxil olmaqla, marketinq fəaliyyətlərimizlə bağlı məlumatlarınızı da toplaya bilərik. Bu məqsədlər üçün əldə edilən məlumatlar arasında identifikatorlar və sizin əlaqə məlumatlarınız (məsələn, ad, poçt ünvanı, e-poçt ünvanı, telefon nömrəsi), elektron identifikasiya məlumatları (məsələn, istifadəçi adı, şifrəsi, təhlükəsizlik sualları, İP ünvanı) və kommersiya məlumatları, İnternet və ya digər elektron şəbəkə fəaliyyəti məlumatları, geolokasiya məlumatları daxil olmaqla onlayn marketinq proqramlarının əhatə etdiyi çərçivədə əldə edilən məlumatlar və Fərdi Məlumatlardan çıxarılmış nəticələr (məsələn, fərdi xüsusiyyətlər, həyat vərdişləri, istehlak vərdişləri, maraq sahələri, yer barədə məlumatlar, səs və görüntü qeydləri) yer ala bilər.
Biz, bizim xidmət provayderlərimiz və tərəfdaşlarımız bundan əlavə, Fərdi Məlumatlardan əldə edilən nəticələrə əsasən sizə şəxsi maraq sahələrinizə uyğunlaşdırılmış məzmun və reklamları təqdim etmək üçün də barənizdə məlumat toplaya bilərik. Bu məqsədlər üçün əldə edilən məlumatlar arasında İnternet və ya digər elektron şəbəkə fəaliyyəti haqqında məlumatlar, məsələn, veb-saytlarımızda və mobil tətbiqlərimizdə baxdığınız müəyyən səhifələr və ya reklamlar, habelə veb-saytlarımızda və mobil tətbiqlərimizdə atdığınız addımlar barədə məlumatlar ola bilər.
Biz, bizim xidmət provayderlərimiz və tərəfdaşlarımız sizi sosial media hesablarınıza qoşmaq üçün sosial media alətləri, vidjetlər və ya əlavəedici proqramlar kimi avtomatlaşdırılmış vasitələrin köməyi ilə haqqınızda müəyyən məlumatlar toplaya bilərik. Bu xüsusiyyətlər sizə sosial media hesabınız vasitəsi ilə sistemə daxil olmağa, link paylaşmağa və ya sosial media hesabınıza birbaşa məlumat yerləşdirməyə imkan verə bilər. Bu cür alətlər və ya əlavəedici proqramlar yer alan veb-sayta daxil olduğunuz zaman sosial media və ya digər xidmət provayderləri girişiniz barədə öyrənə bilər. Lakin, həmin alətlərlə olan əlaqələriniz müvafiq sosial media platformalarının məxfilik siyasətləri ilə tənzimlənir. Həmin üçüncü tərəflərin məlumatların işlənilməsi işlərinə nəzarət etmədiyimizə görə, sizə onların məxfilik siyasətlərini, istifadə şərtlərini və lisenziya müqavilələrini (əgər varsa) nəzərdən keçirməyi tövsiyə edirik. Əlavə məlumat üçün bu Qlobal Məxfilik Bildirişinin 7-ci Bölməsinə (“Xüsusiyyətlər və digər veb-saytlara keçid linkləri”) istinad edə bilərsiniz.
Bundan əlavə, onlayn məhsul və xidmətlərimizin bəzilərində klaviatura düymələrinə toxunma ritmi, cihazın sürətinin ölçülməsi, sürüşdürmə mövqeyi və siçanın yeri kimi davranışa əsaslanan məlumatlardan və ya biometrik məlumatdan istifadə edən, təkmilləşdirilmiş saxtakarlığın qarşısını alma texnologiyası mövcuddur.
Qüvvədə olan qanunlara əsasən tələb olunduqda, biz yuxarıdakı avtomatlaşdırılmış vasitələrdən istifadə etməzdən və sizə marketinq mesajları, fərdiləşdirilmiş məzmun və reklamlar göndərməzdən əvvəl sizin razılığınızı alırıq.
Seçimləriniz barədə öyrənmək üçün bu Qlobal Məxfilik Bildirişinin “Sizin Hüquq və Seçimləriniz” bölməsinə baxın.
Veb-brauzer əsaslı izləmə qadağanedici mexanizmlərə («DNT») şirkətlərin reaksiya tərzi üzrə fikir birliyi əldə edilmədiyinə görə, Mastercard veb-brauzer əsaslı DNT siqnallarına hazırda reaksiya bildirmir. Brauzerin izlənməsi siqnalları və DNT barədə daha ətraflı məlumat üçün http://www.allaboutdnt.com saytına baş çəkə bilərsiniz.
Bizə işlə bağlı müraciət etdiyiniz zaman əldə etdiyimiz Fərdi Məlumatlar
Mastercard-a iş üçün müraciət edirsinizsə, Karyera veb-saytımızda iş müraciətlərinizdən müəyyən identifikatorlar və peşəkar və ya məşğulluqla bağlı məlumat toplaya bilərik. Mastercard-ın iş müraciətləri ilə bağlı topladığı məlumat növü haqqında daha çox məlumat üçün Mastercard Ərizəçisinin Məxfilik Bildirişinə baxın.
Mastercard ilə tərəfdaşlıq edən Maliyyə İnstitutları, Pərakəndə Satıcılar və ya başqa Müəssisələrlə Biznes Münasibətlərimiz kontekstində topladığımız Fərdi Məlumatlar
Biznes tərəfdaşlarımızdan (maliyyə təşkilatları, ticarətçilər, müştərilər, tədarükçülər, satıcılar və digər tərəfdaşlar da daxil olmaqla) birinin işçisi olan şəxslərin identifikatorlar, ad, vəzifənin adı, şöbə və təşkilatın adı, biznes müəssisəsinin e-poçt və poçt ünvanları, iş telefonunun nömrəsi, sorğular, təhlükəsizlik suallarına verilən cavablar, təhlükəsizlik şifrələri və başqa təsdiqləmə məlumatları daxil olmaqla, Fərdi Məlumatlarını toplaya bilərik. Biz bu məlumatlardan mühasibat, audit və hesablaşma məqsədləri ilə yanaşı, birbaşa maliyyə təşkilatlarına, korporativ müştərilərə, ticarətçilərə, sifarişçilərə və tərəfdaşlara məhsul və xidmətləri təqdim etmək, biznes münasibətlərimizi və maliyyə hesabatlarımızı idarə etmək, franşiza fəaliyyətinin inkişafı və etbarlılığı, bizi maliyyə cinayətlərindən qorumaq, xidmətimizi yaxşılaşdırmaq, habelə marketinq və tətbiq olunan qanunlara riayət edə bilmək üçün istifadə edə bilərik.
Bəzi yurisdiksiyalarda biz sizi və/yaxud maliyyə institutları, korporativ müştərilər, satıcılar, müştərilər və tərəfdaşları müvafiq məhsul və xidmətlərlə təmin etmək üçün Həssas Fərdi Məlumatlarınızı əldə edərək, emal etməli ola bilərik. Həssas Fərdi Məlumatlarınızın bu cür emalı müvafiq təhlükəsizlik tədbirləri ilə mühafizə olunacaq və şəxsi hüquq və maraqlarınıza ən az təsir edə biləcək şəkildə icra ediləcəkdir. Aşağıdakı məlumatlar, qüvvədə olan qanunla müəyyən edildiyi kimi Həssas Fərdi Məlumatlar hesab edilə bilər: şəxsi hesab nömrəsi, kartın istifadə müddəti, kartı doğrulama kodu, təhlükəsizlik suallarına cavablar, təhlükəsizlik parolları və digər giriş məlumatları, ünvan və ya məkan məlumatları (şəxsi marşrutlarınızı aşkar edə biləcək dərəcədə), səs və görüntü qeydəalmaları, elektron identifikasiya məlumatları, ödəniş əməliyyatları və biometrik məlumatlar.
Biz sizin Fərdi Məlumatlarınızdan aşağıdakı məqsədlərlə istifadə edə bilərik:
Tətbiq olunan qanuna əsasən tələb olunduqda, Fərdi Məlumatlarınızı yalnız sizin razılığınız əsasında; sizə məhsul və xidmətlər təqdim etmək; qanuni öhdəliyə riayət etmək və ya Fərdi Məlumatlarınızdan istifadə edilməsini zəruri edən qanuni və təxirəsalınmaz maraqlar mövcud olduqda istifadə edəcəyik.
Haqqınızda əldə etdiyimiz Fərdi Məlumatlardan aşağıda qeyd edilmiş məqsədlərlə istifadə edə bilərik. Yerləşdiyiniz ölkədən asılı olaraq yalnız müvafiq qanunlara uyğun olaraq icazə verilən Fərdi Məlumatlarınızı aşağıdakı cədvəldə göstərildiyi kimi, yalnız onların emal edilməsi üçün hüquqi əsas olduğu halda emal edəcəyik. Ancaq nəzərə alın ki, aşağıdakı cədvəldə razılıq hər bir emal fəaliyyəti üçün hüquqi əsas kimi göstərilməsə də, bəzi ölkələrdə razılıq Fərdi Məlumatların emalı üçün yeganə və ən uyğun hüquqi əsasdır və həmin ölkələrdə bizim üçün əsas olan razılıqdır.
|
|
|
Bir çox hallarda biz ödənişlə bağlı əməliyyatlarınızı məlumat nəzarətçiləri qismində çıxış edən maliyyə təşkilatlarınız, ticarətçilər və ya digər biznes tərəfdaşları adından emalçı olaraq emal edirik. Emalçı kimi fəaliyyət göstərdiyimiz zaman nəzarətçilər Fərdi Məlumatlarınızın emalı üçün hüquqi əsasların təmin edilməsinə görə məsuliyyət daşıyır. Bu kontekstdə Fərdi Məlumatlarınızın emal edilməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün onların müvafiq məxfilik siyasətlərini nəzərdən keçirin. Bəzi məhdud hallarda (məsələn, geri ödəmələr) biz ödənişlə bağlı əməliyyatlarınızı nəzarətçi kimi emal edə bilərik, bir şərtlə ki:
|
|
Fərdi məlumatları saxtakarlığın və kiber təhlükənin qarşısını almaq üçün emal etdikdə biz nəzarətçi və ya emalçı qismində çıxış edə bilərik. Nəzarətçi qismində çıxış etdikdə biz aşağıdakı hüquqi əsasların birini əsas götürürük:
Saxtakarlığın qarşısının alınması və monitorinq fəaliyyətlərimiz haqqında ətraflı məlumat üçün Saxtakarlıq və Təhlükəsizlik Bildirişimizə baxın. Yüksəkriskli satıcılara nəzarət üzrə Mastercard Xəbərdarlığı (MATCH) proqramı haqqında ətraflı məlumat üçün MATCH Bildirişimizə baxın. |
|
Bəzi hallarda, biz məlumat nəzarətçisi kimi fəaliyyət göstərən xidmət təminatçınız, ticarətçiniz və digər tərəfdaşlar adından emalçı olaraq Açıq Bankçılıq həllərimizi təqdim edirik. Emalçı kimi fəaliyyət göstərdiyimiz zaman nəzarətçilər Fərdi Məlumatlarınızın emalı üçün hüquqi əsasların təmin edilməsinə görə məsuliyyət daşıyır. Fərdi Məlumatlarınızın bu kontekstlərdə emalı ilə bağlı daha çox məlumat əldə etmək üçün onların müvafiq məxfilik siyasətlərinə istinad edin. Açıq Bankçılıq fəaliyyətlərimiz haqqında ətraflı məlumat almaq üçün Açıq Bankçılıqla bağlı Məxfilik Bildirişimizə baxın. |
|
Bizim və ya üçüncü tərəfin hesabların yaradılması və idarə edilməsi, şəxsiyyətinizin təsdiq edilməsi və suallarınızın cavablandırılması məqsədi ilə Fərdi Məlumatlarınızın istifadəsində qanuni marağımız var. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Məlumatların toplanılması zamanı Konkret Məxfilik Bildirişinə istinad edin. |
Qüvvədə olan qanunla tələb olunduğu halda bizim və üçüncü tərəfin qanuni maraqlarına əsaslanmaqla, həmin qanuni maraqların sizi maraq, fundamental hüquq və ya azadlıqlarınızla rədd edilmədiyini təmin etmək məqsədi ilə məlumat emalı üçün balanslaşdırıcı sınaqlar keçiririk. Balanslaşdırıcı sınaqlarımız haqqında daha ətraflı məlumat üçün aşağıda verilmiş “Bizimlə əlaqə” bölməsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Tətbiq olunan qanunlarla tələb edilən zaman emal edilməsinə açıq şəkildə razılıq vermədiyiniz halda, emaletmə sizinlə Mastercard arasında müəyyən bir müqavilənin bağlanması və ya icrası üçün belə bir emal prosesinin zəruri olmadığı və ya fərdi məlumatlarınızdan bu şəkildə istifadə edilməsinə qanuni olaraq məcbur (məsələn, saxtakarlığın qarşısının alınması halında) qalmadığımız halda, biz sizi sizinlə əlaqədar hüquqi təsirlərə yol açan və ya buna bənzər qaydada sizə əhəmiyyətli dərəcədə təsir göstərən, məlumatların yalnız avtomatlaşdırılmış şəkildə emal edilməsinə əsaslanan qərardan asılı olmağınıza yol verməyəcəyik.
Bizə başqa bir şəxslə bağlı hər hansı bir məlumat və ya material təqdim etmisinizsə, vaxtaşırı sizə açıqlanan qaydada bunları bizimlə paylaşmağınızın və daha sonra bizim bu məlumatlardan istifadə etməyimizin tətbiq olunan qanunvericiliyə uyğun olmasını təmin etməlisiniz və buna görə də, məsələn, tətbiq olunan qanuna müvafiq şəkildə, həmin şəxsə onun Fərdi Məlumatlarının emal edilməsi haqqında lazımi qaydada məlumat verməli və onun razılığını almalısınız.
Sizdən topladığımız Fərdi Məlumatlar hüquqi və ya tənzimləyici öhdəliklərimizə əməl etmək yaxud sizinlə razılaşma əldə etmək üçün lazım olan hallarda, Fərdi Məlumatlarınızı tələb edilən zaman təqdim etməsəniz, məhsul və ya xidmətlərimizi sizə təmin etməyə (yaxud təmin etməyə davam etməyə) bilərik və siz, sizə lazım olan məhsullarımızı satın ala yaxud xidmətlərimizdən tam şəkildə istifadə etməyə müvəffəq olmaya bilərsiniz.
Biz sizin Fərdi Məlumatlarınızı aşağıda sadalananlarla paylaşa bilərik:
Məlumatların ölkələr arasında ötürülməsi üzrə tətbiq olunan qaydalara necə riayət etdiyimizi başa düşmək üçün aşağıdakı "Məlumatların Ötürülməsi" bölməsinə baxın.
Biz, həmçinin sizin Fərdi Məlumatlarınızı aşağıdakılrla paylaşa bilərik:
Hər hansı Fərdi Məlumatın ötürülməsi və ya paylaşılmasından (Fərdi Məlumatlara əlçatanlıq daxil olmaqla) əvvəl biz üçüncü tərəflərlə müqavilələrdə onlardan məxfiliyin və məlumatların təhlükəsizliyinin müvafiq qaydada təmin edilməsini tələb edirik. Biz hərtərəfli Üçüncü Tərəf Risk İdarəetməsi Proqramını həyata keçiririk və onun bir hissəsi kimi müvafiq kompleks hüquqi qiymətləndirmə aparırıq.
Çinin materik hissəsində yerləşirsinizsə, aşağıdakı “Bizimlə əlaqə” bölməsində qeyd edilən yollarla bizimlə əlaqə saxlayaraq məlumat nəzarətçiləri kimi çıxış edən və Fərdi Məlumatınızı paylaşdığımız üçüncü tərəflər barədə məlumat əldə edə bilərsiniz. Bu cür paylaşım hər zaman lazım olan dərəcədə icra ediləcək və məlumat emalı üçün ilkin razılıq verdiyiniz (və ya razı olmama ilə bağlı hüquqi əsasa dayanaraq) məqsəd və vasitələrdən kənara çıxılmayacaq və ya onlar dəyişməyəcək.
Yaşadığınız ölkədən asılı olaraq, bu hüquq və ya seçimləriniz ola bilər:
Siz və ya sizin adınızdan hərəkət etmək səlahiyyətinə malik olan tərəf Mastercard-ın "Məlumatlarım" portalında və ya aşağıdakı "Bizimlə necə əlaqə saxlamalı" bölməsində təsvir olunduğu kimi sorğu göndərməklə hüquqlarınızdan istifadə edə bilərsiniz.
Əgər Amerika Birləşmiş Ştatlarında yaşayırsınızsa, ABŞ üzrə Məxfilik Əlavəsi sənədində təsvir edilmiş əlavə hüquqlara malik ola bilərsiniz.
Mastercard qlobal biznes qurumudur. Fərdi Məlumatlarınızı Amerika Birləşmiş Ştatlarına və ya məlumatları ilk təqdim etdiyiniz ölkədəki məlumatların saxlanması qanunları ilə eyni qanunlara malik olmaya bilən başqa ölkələrə ötürə bilərik, lakin Fərdi Məlumatlarınızı bu Qlobal Məxfilik Bildirişinə müvafiq olaraq və ya sizə başqa şəkildə açıqladığımız qaydada qoruyacağıq.
Biz Fərdi Məlumatları yerləşdiyiniz ölkədən başqa ölkələrə köçürərkən tətbiq olunan qanuni tələblərə riayət edirik. Avropa İqtisadi Zonasında, Birləşmiş Krallıq və ya İsveçrədəsinizsə, Fərdi Məlumatlarınızı uyğunluq qərarlarına, İcbari Korporativ Qaydalara, standart müqavilə müdəalarına və digər məlumat ötürmə mexanizmlərinə uyğun olaraq köçürəcəyik.
Avropa Komissiyasının uyğunluq qərarı verdiyi ölkələrin siyahısına burada baxın;
Birləşmiş Krallıq hökumətinin uyğunluq qərarı verdiyi ölkələrin siyahısına burada baxın: İsveçrə Federal Şurasının uyğunluq qərarı verdiyi ölkələrin siyahısına burada baxın.
Mastercard-ın bu Qlobal Məxfilik Bildirişində təsvir edilmiş məxfilik təcrübələri APEC-in Beynəlxalq Məxfilik Qaydaları Sisteminə uyğundur. APEC-ın Beynəlxalq Məxfilik Qaydaları Sistemi, APEC-in iştirakçı ölkələri arasında ötürülən Fərdi Məlumatların qorunmasını təmin etmək məqsədi ilə təşkilatlar üçün müvafiq çərçivəni təmin edir. APEC çərçivəsi haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Mastercard qlobal biznes qurumudur. Haqqınızda topladığımız Fərdi Məlumatları Baş ofisimizin yerləşdiyi Amerika Birləşmiş Ştatları da daxil olmaqla sizin yerləşmədiyiniz ölkələrdəki məlumat toplayanyanlara göndərə bilərik. Bu ölkələr məlumatları ilk təqdim etdiyiniz ölkədəki məlumatların saxlanması qanunları ilə eyni məlumat qorunması qanunlarına malik olmaya bilər. Fərdi Məlumatlarınızı başqa ölkələrə ötürdüyümüz zaman həmin məlumatları bu Qlobal Məxfilik Bildirişində qeyd olunan, məlumatların əldə edilməsi vaxtı sizə açıqlanan və ya proqrama xas olan müvafiq məxfilik bildirişimizdə göstərilən şəkildə qoruyacağıq.
Biz Fərdi Məlumatları yerləşdiyiniz ölkədən başqa ölkələrə ötürərkən, tələb olunduqda razılığın alınması daxil olmaqla müvafiq qanuni tələblərə əməl edirik.. Məsələn, qlobal olaraq emal etdiyimiz Fərdi Məlumatlara uyğun qorunma səviyyəsini təmin edən, Avropa İqtisadi Zonasının məlumatların qorunması orqanları tərəfindən tanınmış olan İcbari Korporativ Qaydaları (“BCRs”) yaratmışıq və həyata keçiririk. Avropa İqtisadi Zonası BCR-lərimizin bir nüsxəsi burada mövcuddur. Fərdi Məlumatları Birləşmiş Krallıq xaricinə ötürmək üçün BK BCR-lərə eyni dərəcədə güvənirik. Birləşmiş Krallıq BCR-lərimizin bir nüsxəsi burada mövcuddur.
Biz Fərdi Məlumatları, həmçinin uyğunluq qərarlarının verildiyi ölkələrə (Avropa Komissiyasının uyğunluq qərarı verdiyi ölkələrin siyahısına burada baxın; İsveçrə Federal Şurasının uyğunluq məlumatlarının qorunması qanunvericiliyini təmin etmək üçün müəyyən etdiyi ölkələrin siyahısına burada baxın) ötürə, Avropa Komissiyasının Standart Müqavilə Müddəaları və ya onların müvafiq qanuna uyğun ekvivalenti kimi Fərdi Məlumatın üçüncü tərəflərə ötürülməsi üçün müqavilə mühafizələrindən istifadə edə və ya müvafiq hallarda digər məlumat ötürmə mexanizmlərinə etibar edə bilərik. Ölkənizdən asılı olaraq, Fərdi məlumatları yurisdiksiyanızdan kənara ötürmək üçün istifadə etdiyimiz qoruma tədbirlərinin surətini əldə etmək üçün aşağıda qeyd edilən “Bizimlə əlaqə” bölməsində göstərilən qaydada bizimlə əlaqə saxlaya bilərsiniz.
Bundan əlavə, Mastercard-ın bu Qlobal Məxfilik Bildirişində təsvir edilmiş məxfilik təcrübələri APEC-in Beynəlxalq Məxfilik Qaydaları Sisteminə uyğundur. APEC-ın Beynəlxalq Məxfilik Qaydaları Sistemi, APEC-in iştirakçı ölkələri arasında ötürülən Fərdi Məlumatların qorunmasını təmin etmək məqsədi ilə təşkilatlar üçün müvafiq çərçivəni təmin edir. APEC çərçivəsi haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Çinin materik hissəsində yerləşirsinizsə, barənizdə topladığımız Fərdi Məlumatları ABŞ-da yerləşən Mastercard International Incorporated, habelə Sinqapurdakı Mastercard Asia/Pacific Pte. Limited daxil olmaqla, Çinin materik hissəsindəki alıcılardan başqa digər ölkələr və ya bölgələrdəki alıcılara və burada sadalanan digər filiallara ötürə bilərik. Fərdi Məlumatları beynəlxalq səviyyədə ötürdüyümüz zaman həmişə tətbiq olunan qanunların tələblərinə əməl etməyimizi təmin edəcəyik.
Biz Fərdi Məlumatlarınızı qorumaq üçün müvafiq təhlükəsizlik tədbirləri görürük və bu məlumatları yalnız məhdud bir vaxt ərzində saxlayırıq.
Fərdi Məlumatlarınızın təhlükəsizliyi Mastercard üçün əhəmiyyətlidir. Biz topladığımız məlumatları qorumaq üçün əlimizdən gələni edirik. Biz, topladığımız və ya sizin təqdim etdiyiniz məlumatların istənmədən və hüquqazidd şəkildə və ya səlahiyyət verilmədən məhv edilməsinin, itməsinin, dəyişdirilməsinin, əldə edilməsinin, açıqlanmasının və ya istifadə edilməsinin qarşısını almaq üçün inzibati, texniki və fiziki tədbirlər həyata keçiririk. Müəyyən Fərdi Məlumatları ötürdüyümüz bir sıra veb-saytlarımızda SSL şifrələməsindən istifadə edirik.
Təhlükəsizlik təminatı qaydalarımızın pozulması halında fiziki şəxslərə dəymiş zərərin dərəcəsini (əgər varsa) qiymətləndirəcəyik və qüvvədə olan qanuna uyğun olaraq hesabat və bildiriş öhdəliklərinə əməl edəcəyik.
Biz, həmçinin məlumatlar onları emal etdiyimiz məqsədlər üçün artıq lazım olmadığı, habelə bu məlumatları daha uzun bir müddət saxlamağımız qanunlar tərəfindən tələb olunmadığı halda, Fərdi Məlumatlarınızı silmək və ya onları, sizi müəyyənləşdirməsinə imkan verməyəcək şəkildə saxlamaq üçün də tədbirlər görürük. Saxlanma müddətini müəyyən edərkən biz, tərəfinizdən tələb olunan və ya sizə təqdim edilən məhsul və ya xidmətlərin növü, sizinlə olan münasibətlərimizin xüsusiyyəti və davamlılığı, məhsul və xidmətlərimiz üçün yenidən üzv olmağınızın mümkünlüyü, sizdən və ya sizin haqqınızda bəzi məlumatları sildiyimiz halda bunun sizə təqdim etdiyimiz xidmətlərə təsiri, qanunların müəyyən etdiyi məcburi saxlama müddətləri və məhdudiyyətlər müddəti qanunu kimi müxtəlif meyarları nəzərə alırıq.
Bizim veb-saytlarda, İP ünvan daxil olmaqla veb məzmunu üçüncü tərəflər və sosial media provayderləri ilə paylaşmağa imkan verən digər üçüncü tərəf veb-saytlarına, sosial media alətlərinə, vidjetlərə və ya əlavəedici proqramlara linklər yer ala bilər. Həmin sosial media provayderləri sosial media hesabınıza daxil olmadığınız zaman və ya onlarda hesab açmadığınız halda belə, girişinizdən agah ola bilərlər. Baş çəkdiyiniz və ya istifadə etdiyiniz istənilən linki verilmiş veb-saytlara və ya funksiyalara Mastercard-in sahib olmadığı və ya nəzarət etmədiyi halda, biz onların məxfilik bildirişlərini və ya siyasətlərini nəzərdən keçirməyi tövsiyə edirik.
Sizin rahatlığınız və məlumat əldə etməyiniz üçün veb-saytlarımız başqa veb-saytlara keçid linkləri təmin edə bilər. Bundan başqa veb-saytımızda, təmin edilməsi üçün digər müəssisələrlə əməkdaşlıq etdiyimiz müəyyən funksiyalar yer ala bilər. Bu müəssisələr həmin funksiyalardan istifadə edib-etmədiyinizdən asılı olmayaraq baş çəkdiyinizi öyrənə bilərlər. Sosial şəbəkələr və geolokasiya vasitələrinin yer ala biləcəyi bu veb-saytlar və funksiyalar Mastercard-dan asılı olmayaraq şəkildə işlədilir və bu, açıq şəkiildə müəyyən edilə bilir. Baş çəkdiyiniz və ya istifadə etdiyiniz istənilən linki verilmiş veb-saytlara və ya funksiyalara Mastercard-in sahib olmadığı və ya nəzarət etmədiyi halda, biz vebsaytların məxfilik bildirişlərini və ya siyasətlərini nəzərdən keçirməyi tövsiyə edirik.
Mastercard sizə Mastercard-ın məhsul və xidmətləri barədə sosial mediada paylaşımlar etmək, onlar üçün linklər vermək və ya onları qeyd etmək imkanı verir. Məsələn, müəyyən bir təklifi öz Facebook hesabınıza daxil olaraq “like” edə bilərsiniz, yaxud Twitter-dən istifadə edərək, müəyyən bir təklifi “tweet” edə bilərsiniz. Veb-sayta sosial media düyməsi ilə daxil olduğunuz zaman sizin brauzeriniz həmin sosial media provayderi ilə birbaşa əlaqə yaradır və İP ünvanınıza da daxil olmaqla girişinizlə bağlı məlumatlar sosial media provayderinə ötürülür. Sosial media provayderində hesabınız varsa, provayder sizin girişinizi hesabınızla, həmin hesaba daxil olmasanız belə, əlaqələndirə bilər.
Bundan əlavə, veb-saytlarımızda Mastercard-la başqa cür rəsmi əlaqəsi olmayan başqa müəssisələr vasitəsilə əldə edilən və ya başqa müəssisələrlə tərəfdaşlıq etməyimizin səbəbi olan müəyyən xüsusiyyətlərdən istifadə etməyi seçə bilərsiniz. Geolokasiya vasitələri də daxil olmaqla, bu funksiyaları üçüncü tərəflər icra edirlər və bu açıq şəkildə bəyan edilir. Facebook və Twitter kimi sosial media provayderləri və bu digər üçüncü tərəflər Mastercard-dan asılı deyillər və məxfiliyin qorunması baxımından Mastercard ilə eyni siyasəti paylaşmaya bilərlər. Onların xidmətlərindən istifadə etməyə qərar verdiyiniz zaman onların məxfilik bildirişlərini nəzərdən keçirin və müəyyən xüsusiyyətləri qeyri-aktiv etmək istədiyiniz zaman sosial media hesabınızın ayarlarına istinad edin.
Mastercard məhsulları və xidmətlərinin hədəfi qüvvədə olan qanuna uyğun olaraq 16 və ya 18 yaşdan kiçik uşaqlar deyil, onlar üçün əlçatan olmayacaq və ya nəzərdə tutulmayıb.
Mastercard-ın məhsul və xidmətlərinin hədəfi uşaqlar deyil, onlar üçün əlçatan olmayacaq və ya nəzərdə tutulmayıb. Buna baxmayaraq, Mastercard 16 və ya 18 yaşından kiçik uşaqlar barədə Fərdi Məlumatları valideyn və ya qəyyumun və müvafiq hallarda uşağın razılığı ilə, yaxud müvafiq qanuna uyğun olaraq hər hansı başqa bir hüquqi əsasa istinad edərək emal edə bilər. Mastercard-ın, bu Məxfilik Siyasətini pozaraq hər hansı bir uşağın Fərdi Məlumatlarını emal etdiyini öyrənsəniz, bizi, privacyanddataprotection@mastercard.com ünvanına yazaraq xəbərdar edə bilərsiniz.
Bu Qlobal Məxfilik Bildirişi məxfilik prosedurlarımızda baş verən dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq yenilənə bilər.
Bu Qlobal Məxfilik Bildirişi Fərdi Məlumatlarla bağlı prosedurlarımızda baş verən dəyişikliklərin əks etdiriməsi məqsədilə vaxtaşırı olaraq yenilənə bilər. Qlobal Məxfilik Bildirişimizə edilən əhəmiyyətli və ya mühüm dəyişikliklərlə bağlı həmin dəyişikliklər qüvvəyə minmədən öncə sizə xəbər vermək üçün müvafiq veb-saytlarda tez nəzərə çarpan bildiriş yerləşdirəcəyik və Bildirişin ən üst hissəsində onun ən son nə vaxt yeniləndiyini qeyd edəcəyik. Qlobal Məxfilik Bildirişimizi yenilədiyimiz zaman müəyyən hallarda sizin razılığınızı istəyə bilərik.
Siz privacyanddataprotection@mastercard.com ünvanı vasitəsilə Qlobal Məxfilik Ofisimizə e-məktub yaza bilərsiniz. Fərdi Məlumatlarınıza dair hüquqlarınızdan istifadə etmək üçün, həmçinin Mastercard-ın “Məlumatlarım” portalından və ya privacyanddataprotection@mastercard.com ünvanına e-məktub göndərməklə müraciət edə bilərsiniz.
Bu Qlobal Məxfilik Bildirişi ilə və məxfilik təcrübəmizlə bağlı hər hansı sualınız, şərhiniz və ya şikayətiniz varsa, yaxud məxfilik üzrə seçimlərinizi yeniləmək istəyirsinizsə, bizimlə bu e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz: privacyanddataprotection@mastercard.com, yaxud aşağıda göstərilən ünvana yaza bilərsiniz:
Global Privacy Office
Mastercard International Incorporated
2000 Purchase Street
Purchase, Nyu-York 10577
USA
Qanuna əsasən məxfilik hüquqlarını tanıyan ABŞ ştatında yaşayırsınızsa, Mastercard-ın "Məlumatlarım" portalından sorğu göndərərək, privacyanddataprotection@mastercard.com ünvanına e-poçt göndərməklə və ya pulsuz nömrəmizə (1-833-244-4084) zəng edərək tətbiq olunan məxfilik qanunvericiliyinə uyğun olaraq hüquqlarınızdan istifadə edə bilərsiniz. Bu hüquqlardan istifadə ilə bağlı daha çox məlumat üçün ABŞ üzrə Məxfilik Bildirişinin Əlavəsinə baxa bilərsiniz.
Kanadanın Kvebek şəhərində yaşayırsınızsa, privacyanddataprotection@mastercard.com ünvanı vasitəsilə Məlumatların Mühafizəsi üzrə Məsul işçimizlə əlaqə saxlaya bilərsiniz. Mastercard kartınız və satınalma əməliyyatlarınız ilə bağlı suallarınız üçün öz maliyyə institutunuz və ya pərakəndə satıcınızla əlaqə saxlamalısınız. Onlarla necə əlaqə saxlamalı olduğuğunuz barədə daha ətraflı məlumatı onların veb-saytlarında tapmaq olar.
Avropa İqtisadi Zonasında, Birləşmiş Krallıqda və ya İsveçrədəsinizsə, Mastercard Europe SA sizin Fərdi Məlumatlarınızın emal edilməsinə görə məsul olan qurumdur (və ya məlumat nəzarətçisidir). Fərdi Məlumatlarınıza dair hüquqlarınızdan istifadə etmək üçün Mastercard-ın “Məlumatlarım” portalından müraciət edə və ya privacyanddataprotection@mastercard.com ünvanına e-məktub göndərə, yaxud bizə yaza bilərsiniz:
Europe Data Protection Officer
Mastercard Avropa SA
Chaussée de Tervuren 198A
B-1410 Waterloo
Belgium
Braziliyadasınızsa, Mastercard Brasil Soluções de Pagamento Ltda, sizin Fərdi Məlumatlarınızın emal edilməsinə görə məsul qurumdur. Fərdi Məlumatlarınıza dair hüquqlarınızdan istifadə etmək üçün Mastercard-ın “Məlumatlarım” portalından müraciət edə və ya privacyanddataprotection@mastercard.com e-poçt ünvanı vasitəsilə bizə mesaj göndərə və ya bizə aşağıdakı ünvana yaza bilərsiniz:
Brazil Data Protection Officer
Mastercard Brasil Soluções de Pagamento Ltda.
Avenida das Nações Unidas, 14,171, 20º andar, Crystal Tower
Sao Paulo/SP
Brasil
CEP 04794-000
Asiya Sakit Okean (Çinin materik hissəsini çıxmaq şərtilə), Orta Şərq və ya Afrikadasınızsa, Mastercard Asia Pacific Pte. Ltd. Fərdi Məlumatların emal olunmasına görə məsuliyyət daşıyan qurumdur. Fərdi Məlumatlarınızla bağlı hüquqlarınızdan istifadə etmək üçün privacyanddataprotection@mastercard.com ünvanına e-məktub göndərməklə, burada qeyd olunan pulsuz nömrəmizə zəng etməklə və ya bizə yazmaqla müraciət edə bilərsiniz:
Asia Pacific, Middle East and Africa Data Protection Officer
Mastercard Asia/Pacific Pte Ltd
3 Fraser Street, DUO Tower, Level 17
Singapore 189352
Cənubi Afrikadasınızsa, aşağıdakı e-poçt ünvanı vasitəsilə öz şikayətinizi Cənubi Afrika Məlumat Tənzimləyicisinə göndərə bilərsiniz:
E-poçt: complaints.IR@justice.gov.za
Poçt indeksi: PO Box 31533, Braamfontein, Johannesburg, 2017
Veb-sayt: https://www.justice.gov.za/inforeg/
Çinin materik hissəsindəsinizsə, Mastercard Shanghai Business Consulting Ltd. Fərdi Məlumatlarınızın emalı üçün cavabdeh olan qurumdur. Siz Fərdi Məlumatlarla bağlı hüquqlarınızdan istifadə etmək üçün aşağıdakı e-poçt ünvanı vasitəsilə bizə sorğu göndərə bilərsiniz: privacyanddataprotection@mastercard.com və ya bizim aşağıdakı ünvana yaza bilərsiniz:
China Data Protection Officer
Room 2907-14, Part of 29/F Tower 2
Shanghai IFC, 8 Century Avenue
China (Shanghai) Pilot Free Trade Zone