Skip to Content

Qüvvəyə minmə tarixi: 30.11.2022

TƏHLÜKƏSİZLİK MASTERCARD-IN PRİORİTETİDİR

Bizim məqsədimiz Mastercard ilə əlaqəsi olan hər kəsi hər daim qorumaqdır. Bizim missiyamız aydındır. Ödənişləri və rəqəmsal qarşılıqlı əlaqələri təhlükəsiz, sadə və smart (ağıllı) etmək üçün biz hər gün, hər yerdə texnologiyamızdan və təcrübəmizdən istifadə edirik. İstehlakçı, satıcı, emitent, biznes və ya ictimai əsaslı təşkilat olmağınızdan asılı olmayaraq, təhlükəsizliyiniz və mühafizənizin bizim bir nömrəli prioritetimiz və gördüyümüz hər bir işin məğzi olduğunu bilərək rahat ola bilərsiniz.

Ödəniş texnologiyaları heç vaxt bu qədər təhlükəsiz olmayıb, lakin cinayətkarlar da heç vaxt olmadıqları qədər ağıllıdırlar. Misli görünməmiş sürətlə baş verən rəqəmsal ödənişlər və digər rəqəmsal qarşılıqlı əlaqələr vasitəsilə rəqəmsal dünyaya keçid onlar üçün daha çox imkanlar yaradır. Texnologiya inkişaf etdikcə Mastercard cinayətkarlardan bir addım öndə olmaq və sizi təhlükədən qorumaq üçün innovasiya və təhlükəsizlik sahəsində ön sıralarda qalır. Daha çox cihaz e-ticarət cihazına çevrildikcə bizim prioritetimiz bütün innovativ şəxsləri əvvəlcədən təhlükəsizlik və mühafizə sahəsində iş görməyə təşviq etməklə onların təhlükəsizliyini təmin etmək və bununla mümkün risklərlə bağlı problemi daha yaxşı həll edə bilməkdir.

TEXNOLOGİYANIN ÇOXSAYLI TƏBƏQƏLƏRİ ÖDƏNİŞ TRANZAKSİYALARINI VƏ RƏQƏMSAL QARŞILIQLI ƏLAQƏLƏRİ QORUYUR

Dələduzluq ilə mübarizə aparmaq üçün sadə həll yolu yoxdur, ona görə də biz hər bir tranzaksiyanı qorumaq və ödənişlərdən əlavə, rəqəmsal qarşılıqlı əlaqələr zamanı müştəriləri qorumaq üçün çoxsaylı təhlükəsizlik təbəqələrindən istifadə edirik. Bizim texnologiyalarımız, proseslərimiz və təcrübəmiz bizə təhdidlərin qarşısını almağa, onları aşkarlamağa və həll etməyə imkan verir, eyni zamanda ödəniş cihazları və rəqəmsal qarşılıqlı əlaqələrlə bağlı təcrübəni artırır.

Ödənişlər sistemini və müştərimizin sahibkarlıq fəaliyyətlərini qorumaq üçün dörd təbəqə tətbiq etməklə fəaliyyət göstəririk:

  • Qarşısını almaq: Sənayedə cihazların, məlumatların və şəbəkələrin koordinasiyalı şəkildə təhlükəsizliyinin təmin edilməsi dələduzluq riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.
  • Müəyyənləşdirmək: Rəqəmsal əlaqələrin dəyişən dünyası şəxslərin təhlükəsiz şəkildə kimliyini müəyyənləşdirməklə bağlı yeni öhdəliklər yaratdığına görə biz etimadı artırmaq üçün çalışırıq. Kimlik həllərimiz bizə qüsursuz autentifikasiya təcrübəsi təqdim etməyə kömək edir. Müştərilərimizin adından real vaxt rejimində qüsursuz kimliyin verifikasiyasını dəstəkləyirik. Biz həm istehlakçılar, həm də müştərilər tərəfindən istifadə edilə bilən unikal fərdi rəqəmsal kimlik xidmətləri təklif edirik.
  • Aşkarlamaq: Biz bütün dünyada tranzaksiyaları monitorinqini aparmaq və dələduzluq yolu ilə bağlanmış tranzaksiyalarıi, maliyyə cinayətlərini, kriptovalyuta cinayətlərini və kibertəhdidləri müəyyən etmək üçün şəbəkəmizin və texnologiyalarımızın gücündən istifadə edirik. Maliyyə institutlarına, satıcılara və digər bizneslərə təklif olunan hərtərəfli alətlər dəstimiz onların müştəri bazasına uyğunlaşdırıla bilər və onlara dələduzluq ssenarilərini modelləşdirmək və proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş süni intellekt alətlərindən tutmuş satış nöqtəsində real vaxt rejimində dələduzluq hesablamalarına, kriptovalyuta dəyərləndirməsinə və blokçeyn həllərinə və kiber sağlamlıq təhlilinə qədər hər şey daxildir.
  • Təcrübə: Təklif etdiyimiz bütün xidmətlər, o cümlədən 0 $ məbləğində qlobal məsuliyyətdən müdafiəmiz mümkün olan ən yaxşı müştəri və istehlakçı təcrübəsini təmin etmək üçün nəzərdə tutulub. Biz qüsursuz ödəniş təcrübələri yaradırıq və müştərilərimizə rəqəmsal istehlakçı təkliflərini fərqləndirməkdə, eləcə də istehlakçı satıcıya kartın dəyişdirilməsi barədə məlumat vermədikdə ödənişin rədd edilməsinin qarşısını almaqda kömək edirik. Kart sahibinin kartlardan istifadə müddətinin idarə edilməsi də təklif etdiyimiz mühüm komponentdir və bu, yeni kart verildikdə sistemdə qeyd edilmiş kartların avtomatik dəyişdirilməsinin asan yolunu təmin etməyə kömək edir.

BİZ FƏRDİ MƏLUMATLARIN DƏLƏDUZLUĞUN QARŞISININ ALINMASI VƏ MONİTORİNQ MƏQSƏDİLƏ, HABELƏ MÜŞTƏRİLƏRİMİZ ÜÇÜN KİBER TƏHLÜKƏSİZLİK HƏLLƏRİNİ TƏMİN ETMƏK ÜÇÜN İŞLƏNİLMƏSİNİ HƏYATA KEÇİRİRİK

Bir çox dələduzluğun qarşısının alınması və təhlükəsizliklə bağlı fəaliyyətimiz üçün biz maliyyə institutları və satıcıların adından, eləcə də onların göstərişləri ilə fərdi məlumatların operatoru kimi fəaliyyət göstəririk. Fərdi Məlumatların mülkiyyətçisi kimi, “Mastercard İnternational İncorporated” şirkəti və ona törəmə müəssisələri (birlikdə “Mastercard” adlanacaqlar) sizi dələduzluqdan qorumaq üçün müxtəlif növ Fərdi Məlumatların işlənilməsini həyata keçirir. Əgər siz AİZ, Birləşmiş Krallıq və ya İsveçrədə yaşayırsınızsa, “Mastercard Europe SA” şirkəti Fərdi Məlumatlarınızın işlənilməsinə cavabdeh olan müəssisədir. “Fərdi Məlumatlar” kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdiriləbilən şəxsə aid hər hansı məlumat deməkdir. Bura daxil ola bilər:

  • Tranzaksiya məlumatları, dələduzluq və autentifikasiya ilə bağlı risk balları, tranzaksiya ilə bağlı risk faktorları, risklərin səbəblərinə dair kodlar, məkan məlumatları, satıcı təfərrüatları, satın alınan əşyalar, mübahisələndirilən tranzaksiyalar və təsdiqlənmiş dələduzluq fəaliyyəti haqqında məlumatlar.
  • Blokçeyn ünvanı, digər kriptovalyuta tranzaksiyalarının təfərrüatları və İP ünvanı daxil olmaqla blokçeyndən toplanan müəyyən məlumatlar.
  • Siz reklamlarımızla, mobil tətbiqlərimizlə qarşılıqlı əlaqədə olduqda və ya veb-saytlarımıza, səhifələrimizə, yaxud digər rəqəmsal aktivlərimizə daxil olduqda kukilər və veb-mayaklar kimi avtomatlaşdırılmış vasitələr ilə haqqınızda toplanan müəyyən məlumatlar, məsələn, İP ünvanı, brauzer növü, əməliyyat sistemi, mobil cihazın unikal identifikatoru, coğrafi ərazi, istinad URL-ləri və görülən tədbirlər və ya rəqəmsal aktivlərimizlə qarşılıqlı əlaqə haqqında məlumatlar.
  • Bəzi onlayn məhsul və xidmətlərimizə üz identifikatoru, barmaq izləri, düymələrə toxunuş vaxtı, sürüşdürmə mövqeyi və mausun (siçanın) yeri kimi, sizin cihazınızla qarşılıqlı əlaqələrinizə əsaslanan davranış məlumatlarından istifadə etməklə dələduzluğun qarşısının alınması üzrə qabaqcıl texnologiya daxildir.
  • Fərdi sahibkarların və kriptovalyuta şirkətlərinin informasiya texnologiyası profili və aktivləri, o cümlədən domenlər, məkan məlumatları və kukilər, ictimai veb-səhifələrdəki əlaqə məlumatları və ya domen qeydiyyatı məlumatları, reputasiya siyahılarındakı yaşayış yeri üzrə IP ünvanları, sanksiya siyahıları və kibertəhlükəsizliktəhdidlər haqqında dərc edilmiş kəşfiyyat məlumatlarının müəllifliyi kimi ictimaiyyətə açıq məlumatlar.
  • Ad, ünvan, milli identifikasiya nömrəsi, mobil telefon nömrəsi, yaş və milliyyət kimi şəxsinkimliyinin verifikasiyası məlumatları.
  • Fərdi sahibkarın, əsas sahib olan satıcıların və kriptovalyuta şirkətlərinin dələduzluq və risk məlumatları. Bunlara şirkətlərin idarə heyətinin adı və əlaqə məlumatları, eləcə də dələduzluq səbəblərinə dair kodlar daxil ola bilər.

Fərdi Məlumatların yuxarıda verilən kateqoriyalarını müxtəlif mənbələrdən əldə edirik: maliyyə institutlarından və satıcılardan, sizin xidmət təminatçılarınızdan, birbaşa sizdən, aşağıda ətraflı göstərildiyi kimi üçüncü tərəflərdən və ya sizin rəqəmsal aktivlərimizlə qarşılıqlı əlaqənizdən.

FƏRDİ MƏLUMATLARINIZI NECƏ İSTİFADƏ EDƏ BİLƏRİK

Fərdi Məlumatlarınızı aşağıda göstərilən məqsədlər üçün istifadə edə bilərik. Biz sizin Fərdi Məlumatlarınızın yalnız yaşadığınız ölkədən asılı olaraq müvafiq qanunvericiliyə uyğun şəkildə işlənilməsi üçün etibarlı hüquqi əsasımız olduqda aşağıdakı məqsədlər üçün bu məlumatların işlənilməsini həyata keçirəcəyik. Bununla belə, nəzərə alın ki, aşağıdakı cədvəldə fərdi məlumatların işlənilməsi üzrə hər bir əməliyyat üçün razılığın hüquqi əsas kimi göstərilməməsinə baxmayaraq, bəzi ölkələrdə razılıq Fərdii Məlumatların işlənilməsi üçün yeganə və ya ən uyğun hüquqi əsasdır və bu ölkələrdə biz fərdi məlumatların işlənilməsi üzrə bütün əməliyyatlar üçün razılığa etibar edirik. Müəyyən hallarda bu razılığı bizim adımızdan maliyyə institutunuz, satıcınız, xidmət təminatçınız və ya digər tərəfdaş ala bilər.

Aşağıdakı cədvəl fərdi məlumatların mülkiyyətçisi kimi fəaliyyət göstərdiyimiz fərdi məlumatların işlənilməsi əməliyyatlarını təsvir edir. Maliyyə institutları, satıcılar və ya fərdi məlumatların mülkiyyətçiləri kimi fəaliyyət göstərən digər tərəfdaşlar adından fərdi məlumatların operatoru kimi çıxış etdiyimiz halda, maliyyə institutları, satıcılar və ya digər tərəfdaşlar fərdi məlumatların işlənilməsi üçün etibarlı hüquqi əsasın təmin edilməsinə cavabdehdirlər. Fərdi Məlumatlarınızın işlənilməsi ilə bağlı daha çox məlumat üçün onların müvafiq məxfilik siyasətlərinə istinad edin.

    Fərdi Məlumatların İşlənilməsi Əməliyyatı

Fərdi Məlumatların İşlənilməsi üçün Hüquqi Əsas (müvafiq qanunvericiliklə tələb olunduqda)

  • Sizi və başqalarını dələduzluqdan, kiberinsidentlərdən qorumaq və əməliyyatlarınızın kiber davamlılığını gücləndirmək, riskə məruz qalma və françayzinq keyfiyyətini idarə etmək.
  • Siz Fərdi Məlumatlarınızın istifadəsinə razılıq vermisiniz; və ya
  • Fərdi Məlumatların işlənilməsi hüquqi öhdəliyə, yaxud digər tənzimləyici öhdəliklərə əməl etmək üçün zəruridir; və ya
  • Fərdi Məlumatların işlənilməsi tərəfi olduğunuz müqavilənin bağlanması, yaxud icrası üçün zəruridir; və ya
  • Bizim və ya üçüncü tərəfin dələduzluqdan qorunmaq və onun qarşısını almaq, şəbəkəmizi və işlənilməsini həyata keçirdiyimiz ödəniş tranzaksiyalarını mühafizə etmək məqsədilə Fərdi Məlumatlarınızdan istifadə etməkdə qanuni marağımız var.
  • Ödəniş şəbəkəmizdə dələduzluq, icazəsiz tranzaksiyalar, iddialar və digər öhdəliklərin monitorinqini aparmaq və onların qarşısını almaq, həmçinin kriptovalyuta ilə bağlı blokçeyndə dələduzluğun monitorinqini aparmaq və onun qarşısını almaq.
  • Siz Fərdi Məlumatlarınızın istifadəsinə razılıq vermisiniz; və ya
  • Fərdi Məlumatların işlənilməsi hüquqi öhdəliyə, yaxud digər tənzimləyici öhdəliklərə əməl etmək üçün zəruridir; və ya
  • Fərdi Məlumatların işlənilməsi tərəfi olduğunuz müqavilənin bağlanması, yaxud icrası üçün zəruridir; və ya
  • Bizim və ya üçüncü tərəfin dələduzluğun monitorinqini aparmaq və onun qarşısını almaq məqsədilə Fərdi Məlumatlarınızdan istifadə etməkdə qanuni marağımız var.
  • Sizi autentifikasiya etmək və kimliyinizi verifikasiya etmək.
  • Siz Fərdi Məlumatlarınızın istifadəsinə razılıq vermisiniz; və ya
  • Fərdi Məlumatların işlənilməsi hüquqi öhdəliyə, yaxud digər tənzimləyici öhdəliklərə əməl etmək üçün zəruridir; və ya
  • Fərdi Məlumatların işlənilməsi tərəfi olduğunuz müqavilənin bağlanması, yaxud icrası üçün zəruridir; və ya
  • Bizim və ya üçüncü tərəfin sizi autentifikasiya etmək və kimliyinizi verifikasiya etmək məqsədilə Fərdi Məlumatlarınızdan istifadə etməkdə qanuni marağımız var.
  • Ödəniş şəbəkələrimizin bütövlüyünü və təhlükəsizliyini qorumaq.
  • Fərdi Məlumatların işlənilməsi hüquqi öhdəliyə, yaxud digər tənzimləyici öhdəliklərə əməl etmək üçün zəruridir; və ya
  • Bizim və ya üçüncü tərəfin ödəniş şəbəkələrimizin bütövlüyünü və təhlükəsizliyini qorumaq məqsədilə Fərdi Məlumatlarınızdan istifadə etməkdə qanuni marağımız var.
  • Hüquqi öhdəliklərə, o cümlədən çirkli pulların yuyulmasına qarşı tətbiq olunan qanunvericiliyə əməl etmək.
  • Fərdi Məlumatların işlənilməsi hüquqi öhdəliyə, yaxud digər tənzimləyici öhdəliklərə əməl etmək üçün zəruridir; və ya
  • Bizim və ya üçüncü tərəfin hüquqi öhdəliklərə əməl etmək məqsədilə Fərdi Məlumatlarınızdan istifadə etməkdə qanuni marağımız var.
  • Dələduzluğun aşkarlanmasını, qarşısının alınmasını, monitorinqini və kiber davamlılıq əməliyyatlarını, habelə məhsullarımızı qiymətləndirmək və təkmilləşdirmək məqsədi daşıyan daxili tədqiqat və təkmilləşdirmə aparmaq.
  • Bizim və ya üçüncü tərəfin dələduzluqdan qorunmaq və onun qarşısını almaq, şəbəkəmizi və işlənilməsini həyata keçirdiyimiz ödəniş tranzaksiyalarını mühafizə etmək üçün daxili araşdırma və təkmilləşdirmə aparmaq məqsədilə Fərdi Məlumatlarınızdan istifadə etməkdə qanuni marağımız var.
  • Maliyyə institutlarına, satıcılara, müştərilərə və tərəfdaşlara dələduzluğun qarşısının alınması üzrə qabaqcıl üsul, çirkli pulların yuyulmasına qarşı mübarizə və təhlükəsizlik xüsusiyyətləri təklif etmək məqsədilə keçmiş, habelə mümkün gələcək dələduzluq və ya çirkli pulların yuyulması əlamətlərini müəyyən etmək üçün qaydalara əsaslanan və ya süni intellekt modelləri yaratmaq üçün Fərdi Məlumatlarınızdan bəzilərini birləşdirmək. Biz saxtalaşdırmaqla edilmiş və ya qeyri-qanuni tranzaksiyaları təhlil və müəyyənləşdirmək üçün maşın öyrənməsindən istifadə edirik. Bu modellərin istifadəsi maliyyə institutunuzun, satıcınızın və ya xidmət təminatçınızın kimliyinizi verifikasiya etmək, yaxud ödənişinizə icazə verib-verməmək barədə qərar qəbul etməsinə səbəb ola bilər.
  • Bizim və ya üçüncü tərəfin dələduzluğu müəyyənləşdirmək, onun qarşısını almaq, eləcə də müştərilərimizi və ödəniş ekosistemimizi dələduzluqdan qorumaq üçün Fərdi Məlumatları birləşdirmək və modellər yaratmaq məqsədilə Fərdi Məlumatlarınızdan istifadə etməkdə qanuni marağımız var.

FƏRDİ MƏLUMATLARINIZI NECƏ PAYLAŞIRIQ

Biz məlumatlarınızı maliyyə institutları, şəxsin kimliyini verifikasiya edən xidmət təminatçıları, dələduzluq məlumatları üzrə xidmət təminatçıları, dövlət qurumları, kommunal xidmətlər, ictimaiyyətə açıq olan arxivlər, kredit büroları, əmlakın uçotu üzrə qurumlar, telekommunikasiya operatorları, baxış siyahıları, geo-vizuallaşdırma üzrə xidmət təminatçıları da daxil olmaqla üçüncü tərəflərlə paylaşa bilərik. Biz Fərdi Məlumatlarınızın yalnız yuxarıda qeyd olunan məqsədlər üçün bu cür üçüncü tərəflərlə bağladığımız müqavilələr vasitəsilə məlumatların qorunması və təhlükəsizlik üzrə ciddi öhdəliklərə uyğun olaraq istifadə olunmasını təmin edirik.

HÜQUQLARINIZ, BİZİMLƏ NECƏ ƏLAQƏ SAXLAMALI VƏ TƏCRÜBƏMİZ HAQQINDA ƏLAVƏ MƏLUMATLAR

Sizin barənizdə saxladığımız Fərdi Məlumatlarla bağlı sizin müəyyən hüquqlarınız və seçimləriniz var. Hüquqlarınız haqqında daha çox məlumat əldə etmək, bizimlə əlaqə saxlamaq və ya Fərdi Məlumatlarınızı necə paylaşmağımız, ötürməyimiz, saxlamağımız, yaxud qorumağımız haqqında ətraflı öyrənmək üçün Qlobal Məxfilik Bildirişimizi oxuyun. Siz və ya sizin adınızdan fəaliyyət göstərmək səlahiyyətinə malik olan tərəf Qlobal Məxfilik Bildirişində təfərrüatlı şəkildə qeyd olunmuş hüquqlarınızı aşağıdakı ünvana e-poçt göndərməklə həyata keçirə bilərsiniz: privacyanddataprotection@mastercard.com.

Bu Dələduzluq və Təhlükəsizlik haqqında Bildiriş Qlobal Məxfilik Bildirişimizdə əhatə olunan Fərdi Məlumatların işlənilməsinin müəyyən aspektləri barədə əlavə məlumat verir. Yuxarıda qeyd olunan təhlükəsizlik və dələduzluğun qarşısının alınması və onun monitorinqi həllərinin bəzilərinin xüsusi məxfilik bildirişləri ola bilər. Daha çox məlumat üçün onlara istinad edin. Mastercard kartınız və alışlarınızla bağlı sorğular üçün maliyyə institutunuz və ya satıcınızla əlaqə saxlayın. Onlarla əlaqə saxlamağın qaydası barədə ətraflı məlumatı onların veb-saytında tapa bilərsiniz.